Ağdaş rayon Mərkəzi kitabxanası

Ağdaş rayon MKS
Tədbirlər
25 Dekabr , 2020
25 oktyabr 2020-ci il tarixdə Ağdaş rayon MKS-nin oxu zalında Azərbaycanın xalq şairi, Fikrət Qocanın 85 illik yubileyi ilə əlaqədar “Müdrik insan, gözəl şair Fikrət Qoca” adlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə MKS-nin direktoru Seyfəddin Feyzullayev açaraq bildirdi ki, Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi, şöhrət ordenli, istiqlal ordenli, həmyerlimiz, həmişəcavan şair Fikrət Qoca XX əsr ədəbi–bədii söz sənətində xüsusi yeri olan, yaradıcılığı ilə, şəxsiyyəti üst–üstə düşən görkəmli ədəbi simalardan biridir. Onun bu günə kimi onlarla kitabları çap edilmişdir. Fikrət Qocanın yüzlərlə şeirləri, habelə bir-birindən maraqlı nəsr əsərləri oxucular tərəfindən bu gündə sevilə-sevilə oxunur. Nəğməkar şair Fikrət müəllimin 600-ə yaxın şeirlərinə korifey bəstəkarlarımız tərəfindən gözəl mahnılar yazılmış və bu gündə müğənnilərimizin repertuarından düşməmişdir.
MKS-nin əməkdaşları Musayeva Könül “Yuxumda həccə getmişdim”, Məmmədova Vüsalə “Ana” şeirini səsləndirdilər.
Azərbaycan Yazıçılar Birliyinin Ağdaş rayon bölməsinin sədri şair Fəxrəddin Əsəd şairlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.
Tədbirdə şairə həsr olunmuş “Fikrət Qoca-85” adlı videoçarx tədbir iştirakçılarının marağına səbəb oldu. Sonda “Fikrət Qoca-85” adlı sərgiyə baxış oldu.
Foto Qalereya