Ağdaş rayon Mərkəzi kitabxanası

Ağdaş rayon MKS
Xəbərlər
21 Dekabr , 2020
Zəfər paradı 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Böyük Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi.
Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyətin iştirakı, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilib.
Paradda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilib.
21.12.2020-ci il tarixində Ağdaş rayon Mərkəzi kitabxanası Müzəffər Azərbaycan Ordusunun Tarixi Qələbəsinə həsr olunan Zəfər paradından bəhs olunan qəzet materiallarından ibarət "Zəfər paradı" adlı sərgi təşkil etdi.
Foto Qalereya