Ağdaş rayon Mərkəzi kitabxanası

Ağdaş rayon MKS
Tədbirlər
30 İyul , 2020
30 iyul 2020-ci il tarixdə Ağdaş rayon Mərkəzi kitabxananın oxu zalında pandemiya dövrünün tələblərinə uyğun olaraq "Dilimiz mənəvi sərvətimizdir" adlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə MKS-nin direktoru Seyfəddin Feyzullayev açaraq bildirdi ki, Aəzrbaycan dili böyük inkişaf yolu keçmiş, qədim və zəngin ədəbi dillərdəndir. Dil siyasəti hələ XX əsrin əvvəllərində AXC dövründə diqqət yetirilən əsas sahələrdən olub. Məhz Cümhuriyyətin qısa vaxtda dil sahəsində həyata keçiridiyi tədbirlər xalqımızın tarixində əhəmiyyətli izlər buraxıb. Azərbaycanda sovet hakimiyyəti yaradıldıqdan sonra azərbaycan əlifbası gah latın qrafikalı, gah da kiril qrafikasına keçirildi.
S. Feyzullayev onu da qeyd etdi ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra dilimizin daha da inkişaf etdirilməsi yolunda yeni üfüqlər açılıb. Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş ilk milli Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi layiqli yerini tutub. Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə dilimizin inkişafına xüsusi önəm verilib, bu istiqamətdə müxtəlif fərman və sərancamlar qəbul olunub. O, həmçinin bildirdi ki, dilçiliyin əsaslı inkişafı istiqamətində həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin hakimiyyəti dövründə də davam etdirilib.
Tədbirdə kitabxananın fəal oxucuları: Məmmədova Nərmin, Qocayeva Elvira, Manaflı veysəl və Qocayev Osmanın ifasında ana dilimizin saflığına, müqəddəsliyinə aid şeirlər səsləndirdilər.
Sonra Dil gününə həsr olunmuş videoçarx nümayiş olundu.
Tədbirin sonunda "1 avqust-Azərbaycan əlifbası və Azərbaycan dili günü" adlı sərgiyə baxış oldu.
Foto Qalereya