Ağdaş rayon Mərkəzi kitabxanası

Ağdaş rayon MKS
Tədbirlər
28 Dekabr , 2017
Azərbaycan resoublikasının Prezidenti İlham Əliyev cənabları ilin əvvəlində böyük Azərbaycan şairi M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinin keçirilməsi ilə əlaqədar sərəncam imzalamışdır. 28.XII.2017-ci il tarixində Ağdaş rayon Mərkəzi kitabxanasının oxu zalinda XVIII əsr Azərbaycan poeziyasının parlaq siması, görkəmli şair Molla Pənah Vaqifin -300 illik yubleyi ilə bağlı “Gözəllik və məhəbbət şairi” adlı tədbir keçrilmişdir.
Tədbiri giriş sözü ilə MKS- nin direktoru Seyfəddin Feyzullayev açaraq şairin şeirlərinin zənginliyindən, gözəllik şairi olmasından, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrindən söz açdı. Şairin həyat və yaradıcılığı haqqında kitabxanaçı Çələbiyeva Aynurə geniş məruzə ilə çıxış etdi. 3saylı kitabxana filialının müdiri Qədirova Ofelya “Molla Pənah Vaqif şeirlərində realizm və folklor”adlı məruzə ilə çıxış etdi. Görkəmli şəxsiyyətlərin Molla Pənah Vaqif haqqında dedikləri fikirləri Məmmədova Süsanə və Mirəddinova İlahə dilə gətirdilər. Kitabxanaçı Məmmədova Sevinc Molla Pənah Vaqif şeirlərindən nümunələr səsləndirdi.
Tədbirdə iştirak edən RİH aparatının məsul işçisi Hacıxanov Möhlüd çıxışında diqqətə çatdırdı ki, ümummilli lider Heydər Əliyev böyük uzaqgörənliklə qədim Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində məqbərə ucaldılması barədə mühüm qərar qəbul etməklə, Azərbaycan ədəbiyyatına qayğısını göstərmiş və bu yerlərin tarixən yalnız Azərbaycanlılara məxsus olmasını sübut etmişdir. M.P.Vaqifə həsr olunmuş video-çarx və S.Vurğunun “Vaqif” dramından bir parça nümayiş olunmuşdur.
Sonda tədbir iştirakçıları yubileylə əlaqədar hazırlanmış sərgi ilə tanış oldular.
Foto Qalereya