Ağdaş rayon Mərkəzi kitabxanası

Ağdaş rayon MKS
Tədbirlər
24 Dekabr , 2016
Ağdaş rayon Mərkəzi kitabxanası Mədəniyyət mərkəzi ilə birlikdə Azərbaycanın görkəmli şairi, şeirləri hələ də oxucular tərəfindən sevilə-sevilə oxunan Nüsrət Kəsəmənlinin anadan olmasının 70 illiyi münasibəti ilə “Getmək istəyirsən bəhanəsiz get” adlı tədbir keçirildi. Mədəniyyət mərkəzində baş tutan tədbirdə Kitabxana, mədəniyyət, muzey işçiləri, yerli şairlər, ziyalılar, təhsil işçiləri, oxucular iştirak etmişlər. Çıxış edənlər: MKS-nin direktoru Seyfəddin Feyzullayev, şair Fəxrəddin Əsəd, rayon ziyalısı ağsaqqal Rafiq Nəbiyev, şairin həyat və yaradıcılığına nəzər salmış, onun haqqında xatirələrini söyləmişlər. Bədii qiraət ustaları Rasim Seyidov, Sevgili İbrahimova, Camal Xəlilov, eləcə də şagirdlər şairin şeirlərindən nümunələr söyləmişlər. Müğənni Şahin Bəkirov şairin sözlərinə yazılmış mahnıları ifa etmişdir. Tədbir iştirakçıları 13 saylı şəhər kitabxanasının təşkil etdiyi “Nüsrət Kəsəmənli-70” adlı sərgiylə tanış olmuş, Nüsrət Kəsəmənlinin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilmişdir.
Foto Qalereya