Ağdaş rayon Mərkəzi kitabxanası

Ağdaş rayon MKS
Xəbərlər
23 Noyabr , 2016
Noyabr ayının 21-dən 23-dək Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev və Uşaq şöbəsinin müdiri Sevinc İbrahimova Mədəniyyət və Turizm Nazirliyinin F.Köçərli adına Respublika Uşaq Kitabxanasında təşkil olunmuş Uşaq kitabxanalarında “Nağıl otaq”larının fəaliyyətinin təkmilləşdirilməsi və nağıl otaqlarında informasiya texnologiyalarının tətbiqi" adlı seminar-məşğələdə iştirak etmişlər. Seminarda F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, işçilərdən Zahirə Dadaşova, Nazilə Tahirova, Ruhiyyə Məmmədli son illərdə respublika uşaq kitabxanalarının gördüyü işlərdən və tərtib edilən biblioqrafik vəsaitlərdən danışmışlar və nağıl otağının fəaliyyəti ilə iştirakçıları tanış etmişdilər.
Foto Qalereya